Missiyamız
Azərbaycanda qeyri-formal təhsil sahəsində vahid təlimçi bazası formalaşdırmaq və hər bir təşkilatın öz ehtiyacına uyğun, keyfiyyətli təlimə asan çıxışını təmin etmək.
Qeyri-formal təhsildə təşkilatlarla təlimçiləri birləşdirən milli platforma.
Unified Azerbaijan təşəbbüsü
TrainersHub — qeyri-formal təhsil platforması Unified Azerbaijan tərəfindən yaradılmış rəqəmsal platformadır. Məqsədimiz təlim ehtiyacı olan təşkilatlarla peşəkar təlimçiləri etibarlı, şəffaf və rahat şəkildə bir araya gətirməkdir.

Azərbaycanda qeyri-formal təhsil sahəsində vahid təlimçi bazası formalaşdırmaq və hər bir təşkilatın öz ehtiyacına uyğun, keyfiyyətli təlimə asan çıxışını təmin etmək.
Təlimçilər və təşkilatlar üçün etibarın ölçüsünə çevrilən milli platforma olmaq və UA sertifikatını beynəlxalq səviyyədə tanınan keyfiyyət nişanına çevirmək.
Təlimçilərin təcrübəsi, qiymətlər və proses hamı üçün aydındır.
Hər təlimçi platformaya qoşulmazdan əvvəl yoxlanılır və təsdiqlənir.
Əlaqə məlumatları qorunur, bütün proses platforma daxilində aparılır.
Şirkətlərdən gənclər təşkilatlarına qədər hər kəs üçün açıq platforma.
UA Sertifikatlaşdırma
Unified Azerbaijan qeyri-formal təhsildə keyfiyyəti ölçülə bilən etmək üçün UA sertifikatlaşdırma sistemini inkişaf etdirir. Hədəfimiz UA sertifikatını beynəlxalq sertifikasiya standartları ilə uyğunlaşdırmaqdır.
Təşkilat kimi təlim sorğusu göndərin və ya təlimçi kimi doğrulamadan keçin.
Qeydiyyatdan keç